Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.
Editor.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO-Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, – deyə paylaşımda bildirilir.