RU

“Zəfərə açılan pəncərə” bədii-sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib. Zəfərimizin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.

APA xəbər verir ki, təqdimatda ölkənin mədəni-ictimai xadimləri, tanınmış kino adamları və media nümayəndələri iştirak edib.

Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır. Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə köçürülmüşdür. Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.

Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, "Qulp” Studiyası və “Referans Medical Group”un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.

Избранный
29
50
apa.az

10Источники