RU

Şəmkirdə bədbəxt hadisə: Nəfəs borusuna düşən xurma gəncin həyatına son qoydu

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb.

 

Nəticədə gənc xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu.az

Tarix: 7 Noyabr 2025, 20:49   
Избранный
21
3
pravda.az

4Источники