RU

“Barselona” 894 gündən sonra “Kamp Nou”ya qayıtdı

“Barselona” klubu 894 gün sonra doğma stadionu “Kamp Nou”ya qayıdıb.

90deqiqe.Az xəbər verir ki, İspaniya çempionu bu gün səhər yenilənmiş arenada ilk məşqini keçirib. Tədbirə 20 mindən çox azarkeş qatılıb – bu, bəzi ölkələrdə tam rəsmi oyunların belə toplaya bilmədiyi göstəricidir.

Məşqi izləmək üçün bilet qiymətləri klub üzvləri üçün 5, digər azarkeşlər üçün isə 10 avro təşkil edib. Toplanan vəsait xeyriyyə layihələrinə yönləndiriləcək.

Xatırladaq ki, “Barselona” hazırda La Liqanın son mövsüm qalibidir.

Избранный
75
90deqiqe.az

1Источники