ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Macarıstanda Rosatom tərəfindən layihələndirilən “Pakş-2” atom elektrik stansiyasının tikintisinə qarşı sanksiyaları tamamilə ləğv edəcək.
APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra açıqlayıb.
"“Pakş-2”-yə qarşı sanksiyalardan güzəşt uzadılmayacaq. Əvvəllər tətbiq edilən bu sanksiyalar tamamilə ləğv ediləcək. Buna görə də, amerikalıların Pakşda atom elektrik stansiyasının ikinci mərhələsinin tikintisinə heç bir etirazı yoxdur", - baş nazir bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.