RU

“Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı 44 günlük müharibənin kritik anı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Vətən müharibəsinə başlayanda ilk günlər təzyiqlər, müraciətlər nisbətən daha təmkinli idi, çünki hər kəs düşünürdü ki, növbəti atəşkəs pozuntusudur və bir neçə gün sonra yenə sakitləşdirmək mümkün olacaq. Ancaq vaxt getdikcə və xüsusi olaraq Azərbaycan Ordusunun uğurları artdıqca bu bir həndəsi proqres olaraq bütün güclərin bu prosesə qoşulması, Azərbaycana olan diplomatik siyasi təzyiqlərin artmasının şahidi idik”.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.

O qeyd edib ki, Rusiya, ABŞ və Fransa prezidentləri hətta birgə bəyanat yayaraq atəşkəsin elan edilməsi, hərbi əməliyyatların dayandırılması və Minsk Qrupunun himayəsi altında danışıqlara başlamağı tələb ediblər.

“Çox cəhdlər oldu: telefon diplomatiyası, danışıqların təşkil edilməsi… Hər həmsədr ölkə bir dəfə buna cəhd etdi. Bir dəfə ev sahibliyi etdi: Moskva danışıqları 9-10 oktyabr tarixlərində, 23-25 oktyabr tarixlərində Vaşinqton danışıqları, 30 oktyabr tarixində Cenevrədə, amma Fransanın daimi nümayəndəliyində keçirilən üçüncü danışıqlar.

Bizə verilən vədlər belə idi ki, “biz başa düşürük, vəziyyət gərgindir, hər şey fərqli olacaq, biz çox fəal şəkildə bunu edəcəyik, qısa müddət ərzində bunu həll etmək mümkün olacaq”. Niyəsə 30 il ərzində bunu həll etmək mümkün deyildi, ancaq indi bizə vədlər verilirdi ki, “siz dayanın, durun və indi danışıqlar tamamilə fərqli bir formatda həyata keçiriləcək”.

Risklər çox idi. Müxtəlif ölkələr, müxtəlif liderlər fərqli taktikalardan istifadə edirdilər. Kimlərsə sırf diplomatik təzyiq qurur ki, “dayanmalıdır”, kimlərsə məsələni daşıyırlar beynəlxalq təşkilatlara. Bəzi liderlər də var idi ki, açıq telefon zəngləri vasitəsilə təhdidlər edirdilər. Fransa Prezidenti çoxsaylı telefon zəngləri etmişdi: “Siz dərhal dayanmalısınız. Bu baş verməsə, biz Fransa olaraq “Dağlıq Qarabağı” tanıyacağıq”. Dərhal da cənab Prezidentdən cavab almışdı ki, “siz bunu edə bilərsiniz, bizim üçün heç nəyi dəyişməyəcək. Siz əmin ola bilərsiniz ki, dərhal Azərbaycan Fransa ilə bütün diplomatik münasibətləri kəsəcək”, – nazir bildirib.

Aysel Əliyeva 

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
59
1
globalinfo.az

2Источники