BAKI, 8 noyabr. TELEQRAF
Bakının Xəzər rayonunda yol qəzası nəticəsində bir nəfər ölüb.
Teleqraf xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Belə ki, yol kənarı ilə hərəkət edən 1965-ci il təvəllüdlü Zəhra Sultanovanı motosiklet vurub. Qadın aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.