RU

Bakıda 60 yaşlı qadını motosiklet vuraraq öldürüb

BAKI, 8 noyabr. TELEQRAF

Bakının Xəzər rayonunda yol qəzası nəticəsində bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, yol kənarı ilə hərəkət edən 1965-ci il təvəllüdlü Zəhra Sultanovanı motosiklet vurub. Qadın aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Избранный
52
teleqraf.com

1Источники