RU

Real ın hücumçusunun yeni klubu müəyyənləşdi

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Real"ın hücumçusu Hendrik qışda icarə əsasında "Lion"a keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, İngiltərə Premyer Liqası klublarının marağına baxmayaraq, braziliyalı Fransa təmsilçisini seçib.

İcarənin altı ay, yəni 2026-cı ilin iyununa qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm "Real"ın heyətində bir dəfə də olsun meydana çıxmayıb. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir. Keçən mövsüm isə meydana çıxdığı 37 oyunda 7 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
79
sport24.az

1Источники