RU

ABŞ də Zəfər Günü ilə bağlı kampaniya Fotolar

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

ABŞ-nin müxtəlif ştatlarında Zəfər Günü münasibətilə led ekranlı maşınlar vasitəsilə məlumatlandırma kampaniyası keçirilir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Vaşinqton, Nyu-York, Atlanta, Detroit və Boston şəhərlərində gün ərzində hərəkət edən xüsusi nəqliyyat üzərində “Cəsarət və qürurla 5 il”, “Azərbaycanın qələbəsi, ədalətin zəfəri”, “Qarabağda davamlı sülh üçün birlikdə”, “Qafqaz üçün sülh və əməkdaşlıq”, “Qələbəni mümkün edənləri xatırlayırıq” kimi mesajlar, eləcə də işğaldan azad edilmiş rayonların adları - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər, Laçın əks olunub.

Paytaxt Vaşinqtonda Ağ Ev, Konqresin binası - Kapitol, “Memorial” adlanan ərazi, Nyu-Yorkda BMT-nin baş qərargahının qarşısı, Manhettanın mərkəzi küçələri, “Wall Street”, “Financial District”, Bruklin körpüsü ərazisi, Tayms meydanı, Atlantada CNN, Detroitdə “Fox Theatre” qarşısı, Bostonda və eləcə də digər şəhərlərdə mərkəzi prospektlərdə hərəkət edən maşınların üzərindəki mesajlar yerli əhalinin diqqətini çəkib.

Aksiya Amerika Azərbaycan Gənclər Federasiyası və Nyu-Yorkda yaşayan soydaşımız Nofəl Əliyevin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
2
qafqazinfo.az

7Источники