RU

“Sumqayıt” “Qəbələ”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ikinci matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. 54-cü dəqiqədə Rüstəm Əhmədzadə, 81-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib. Xallarının sayını 20-yə çatdıran “Sumqayıt” hələlik ikinci pillədə qərarlaşıb. “Qəbələ” 5 xalla onuncudur.

Günün ilk matçında “Şamaxı” “İmişli”ni üstələyib – 1:0.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Избранный
4
2
msport.az

3Источники