RU

“Zirə”nin zirvəyə yüksəlmək şansı, “Karvan” xal arzusunda

Azərbaycan Premyer Liqasında “Zəfər turu” davam edir. 

Msport.az xəbər verir ki, bu gün 11-ci turun daha iki oyunu keçiriləcək.

“Araz-Naxçıvan” “Karvan-Yevlax”la qarşılaşacaq. Naxçıvan təmsilçisinin ev oyunlarını keçirdiyi “Dalğa Arena”da təmir işləri getdiyindən komanda rəqibini Sumqayıtda qəbul edəcək. Hazırda “Araz-Naxçıvan” 16 xalla 6-cı pillədə qərarlaşıb. 5 xala malik “Karvan-Yevlax” turnir cədvəlində 11-cidir. Yevlax klubu son 4 turda xal qazana bilməyib.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək.  Tovuz klubu 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə yüksələcək.

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər:
 Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. “Zirə” – “Turan Tovuz”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu

9 noyabr (bazar)

15:44. “Kəpəz” – “Sabah”

18:44. “Qarabağ” – “Neftçi”

7 noyabr (cümə)

“Şamaxı” – “İmişli” – 1:0

“Qəbələ” – “Sumqayıt” – 0:2

Избранный
32
13
msport.az

10Источники