RU

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 8 noyabr, Günel Karatepe, AZƏRTAC

Beş il əvvəl Azərbaycanın qəhrəman Ordusu 44 günlük Vətən müharibəsində böyük qələbə qazanaraq, torpaqlarını işğaldan azad etdi. Türk dünyasına qürur gətirən bu mənalı gün, Azərbaycan xalqının mərdliyinin və qətiyyətinin rəmzi kimi tarix səhifələrinə qızıl hərflərlə yazıldı.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun 8 Noyabr-Zəfər Günü ilə bağlı açıqlamasında yer alıb.

Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Zorlu Vətən uğrunda canlarını fəda eden bütün şəhidlərimizi rəhmət, qazilərimizi isə minnətdarlıqla xatırladığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
90
33
azertag.az

10Источники