RU

İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Saatlı Rayon İcra Hakimiyyətinin binasına sərxoş vəziyyətdə girmək istəyən şəxs həbs edilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə noyabrın 6-da baş verib.

1967-ci il təvəllüdlü N. B. həmin gün təxminən saat 15:30-da Saatlı şəhəri H.Əliyev prospektində yerləşən rayon icra hakimiyyətinin inzibati binasının qarşısında içkili vəziyyətdə ünvansız nalayiq söyüşlər söyüb.

Bununla əlaqədar inzibati binanın mühafizəsini təşkil edən mühafizə polisinin əməkdaşı raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət edib.

Bundan sonra həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) mmaddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, noyabrın 6-da yaşadığı evdə qaz kəsildiyi üçün bununla bağlı icra hakimiyyətinin inzibati binasına gedib: “Orada mənə bildirdilər ki, görüş günü sabahdır. Mən də içkili olduğumdan özümdən asılı olmayaraq söyüş söydüm”.

Saatlı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
6
www.bakupost.az

7Источники