RU

Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib - Kamaləddin Qafarov

Bakı. Trend:

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə iləAzərbaycan təkcə torpaqlarını azad etmədi, eyni zamanda, CənubiQafqazda yeni geosiyasi reallıqlar yaratdı.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O bildirib ki, bu Zəfər cənab Prezident İlham Əliyevin uzaqgörənvə prinsipial siyasətinin, ordumuzun gücünün və xalqımızıniradəsinin nəticəsi idi:

“İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi vəAzərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanmasıbütün dövrlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin həyatakeçirdiyi dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfiolub. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycanbeynəlxalq hüquqa əsaslanaraq, sülh yolu ilə ədalətin bərpasınaçalışdı. Lakin Ermənistanın təxribatları və qeyri-konstruktivmövqeyi sülhə imkan vermədi. 2020-ci ildə başlayan əks-hücuməməliyyatı ilə Azərbaycan öz torpaqlarında beynəlxalq hüququntəminatçısı qismində çıxış etdi. Vətən müharibəsində əldə olunanQələbə təkcə hərbi uğur deyil, həm də tarixi-siyasi ədalətinbərpası idi.”

Deputatın fikrincə, Ölkə Prezidenti cənab İlham Əliyev müharibəgünlərində olduğu kimi, ondan sonra da regionda sabitliyin vəəməkdaşlığın qurulması üçün ardıcıl diplomatik siyasət yürüdür:

“Qələbədən sonra baş verən proseslər – sərhədlərinmüəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinininkişafı, sülh müqaviləsinin gündəmə gətirilməsi – dövlətimizinsiyasi iradəsini və regional məsuliyyətini nümayiş etdirir. Zəfərinyaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul olunur.Azərbaycan Ordusunun müasir döyüş strategiyası və dövlətininformasiya sahəsində qazandığı üstünlük bir çox ölkələr tərəfindənnümunə kimi öyrənilir. II Qarabağ savaşında əldə edilmiş tarixiQələbə həm də türk dünyasının birliyini möhkəmləndirdi,Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Cənab Prezidentİlham Əliyevin dediyi kimi, biz təkcə torpaqlarımızı azad etmədik,özümüzü yeni dövrə daşıdıq və bu, milli gücün və siyasi liderliyinqabarıq ifadəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılanbərpa-quruculuq işləri artıq Qələbənin davamı kimiqiymətləndirilir. Yeni şəhərlər, müasir infrastrukturlar, “ağıllıkənd” layihələri Azərbaycanın gələcəyə yönəlik vizionunu göstərir.Azad edilmiş torpaqlar təkcə dirçəldilmir, həm də regionunəməkdaşlıq mərkəzinə çevrilir. Zəfər Günü isə, bizə daim həmgücümüzü, əzəmətimizi, həm də məsuliyyətimizi xatırladır”.

Избранный
11
13
az.trend.az

10Источники