Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.
Paralel.az xəbər verir ki , bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki,məşğulluq tədbirlərinə cəlb edilənlərdən 587 nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.