ain.az bildirir, GlobalInfo portalına istinadən.
“ABŞ-ın nüvə sınaqlarının bərpası gözlənilməz nəticələrə səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın BMT -dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
O bildirib ki, Moskva baş verənləri izləyir:
“Prezident Vladimir Putin bu məsələdə nöqtəni qoyub”.
Oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp Müharibə Departamentinə dərhal nüvə sınaqlarına başlamağı əmr edib.
Noyabrın 5-də isə Rusiya prezidenti ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib. O, Müdafiə Nazirliyinə və digər qurumlara nüvə silahı sınaqlarına hazırlıq imkanları ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.