RU

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər

Bakı, 8 noyabr, AZƏRTAC

Bu gün damarlarında türk qanı axan hər bir soydaşımızın və ulu yurdumuzu sevənlərin xoşbəxt olduğu tarixi bir gündür. Gözlərimizi sevinc yaşları, ürəyimizi iftixar duyğuları ilə dolduran, ruhumuzu qanadlandıran, qürur hissimizi coşduran şərəf günümüzdür. Şuşa zəfərinə imza atıldığı, XXI əsrin hərb sənətində möcüzənin baş verdiyi tarixi bir gündür. Azərbaycanın, ulu xalqımızın, şanlı Ordumuzun, Ali Baş Komandanın bu dünyaya “Mən haqlıyam, Mən ədalət uğrunda savaşan, qələbə qazananadək döyüşən Gücəm, haqsızlığın, ədalətsizliyin başına endirilən Dəmir yumruğam” nidasıdır unikal Şuşa Zəfəri!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əbədi Turan Kitab Fondunun sədri, filologiya elmləri doktoru Esmira Fuad deyib.

E. Fuad bildirib ki, xaosla dolu bir dünyada ədalətin tam zəfər çaldığı bu gün, eyni zamanda, birlik günümüzdür, xalqla dövlətin əl-ələ verdiyi və yeni tarix yazdığı son dərəcə əlamətdar bir gündür. “Azad, suveren ölkənin hər bir vətəndaşı kimi, Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai sektorun formalaşmasının tərkib hissəsi olan QHT-lər də birlik nümayiş etdirir, ölkəmizin yeni inkişaf mərhələsində Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir, sözlərini əməlləri ilə təsdiqləyirlər.

Beynəlxalq forumlarda Qarabağda və Şərqi Zəngəzurda sözlə ifadəsi çətin olan nəhəng quruculuq və irimiqyaslı bərpa işlərinin şahidi olan QHT sədr və təmsilçiləri azad Xankəndidə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin III Əməkdaşlıq Forumunda Prezident İlham Əliyevə müraciət ünvanladılar. Müraciətdə QHT sədr və təmsilçiləri dövlət başçımızın Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətini tam dəstəklədiklərini, 44 günlük Vətən müharibəsinin qalibi və sülhün müəllifi kimi Ali Baş Komandanın tarixi missiyasını alqışladıqlarını bəyan etdilər. Qeyd olundu ki, onlar azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçilməsinin bəxtiyarlığı içərisindədirlər.

Prezident İlham Əliyevin QHT sektoruna diqqətinin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıblar.

Dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması daimi mənzil qərargahı kimi Bakını seçib. Bu, qlobal müstəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir".

QHT sədri Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişini Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, tarixi bəhrəsi hesab edərək vurğulayıb: "Bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək. Biz Prezident İlham Əliyevlə fəxr edirik. Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq, ilk növbədə, vətəndaşlıq borcumuz və milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaqlar”.

QHT nümayəndələrinin müraciətində, həmçinin Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa güclü dəstək də səmimi duyğularla öz məntiqli ifadəsini tapır. Azərbaycan postmünaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə yaradıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində əsrarəngiz gözəlliyi ilə hər birimizi heyran edən azad Xankəndidə gerçəkləşən QHT-lərlə III Əməkdaşlıq Forumu analoqu olmayan Şuşa zəfərindən doğan qürur, qələbə ruhlu tədbir idi.

“Bəli, Azərbaycan xalqı artıq tam suverenlik şəraitində öz tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub və müstəqil dövlətimiz bütün istiqamətlərdə möhkəmlənir. Güclənən iqtisadi potensial, dayanıqlı sosial siyasət və müasir infrastruktur layihələri ölkənin davamlı inkişafına zəmin yaradır. Eyni zamanda, regional əməkdaşlıq təşəbbüslərində aparıcı mövqedə olan Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırır, tərəfdaş dövlətlərlə əlaqələrini genişləndirir və etibarlı tərəfdaş kimi tanınır. Bu şəraitdə, əlbəttə, xalqın rifahı yüksəlir, dövlətçiliyimizin möhkəm təməlləri gələcək nəsillərə əmanət kimi qorunur", - deyə o əlavə edib.

Избранный
31
1
azertag.az

2Источники