RU

Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Noyabrın 7-də Zəfər Günü münasibətlə Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) təntənəli mərasim keçirilib. Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Fondun İcraçı direktorunun müavini Bəhruz Qayıbov çıxışında Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna yeri və əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın illərlə arzuladığı ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən möhtəşəm Qələbə günüdür. O, bu tarixi Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Bəhruz Qayıbov əlavə edib ki, bu qələbə yalnız hərbi deyil, həm də mənəvi-siyasi Zəfərdir. 8 Noyabr xalqımızın birlik, iradə və milli həmrəyliyinin simvolu, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. İcraçı direktorun müavini bildirmişdir ki, bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır. O, çıxışının sonunda Vətən müharibəsində iştirak edən Fond əməkdaşlarına və bütün qazilərimizə dərin minnətdarlığını ifadə edib, şəhidlərimizin əziz xatirəsini xalqımızın daim uca tutacağına əminliyini bildirib.

Sonra Vətən müharibəsində iştirak edən Fond əməkdaşları öz döyüş xatirələrini bölüşüblər. Onlar torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan Ordusunun şücaətindən danışaraq dövlətimizin qazilərə və müharibə iştirakçılarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğının yüksək dəyərləndirdiklərini bildiriblər.

Sonda Fondun rəhbərliyi müharibə iştirakçısı olan əməkdaşları xüsusi hədiyyələrlə təltif edib və onların göstərdiyi şücaətə görə kollektivi adından dərin minnətdarlığını bildirib.

Əmanətlərin Sığortalanması Fondu bu əlamətdar gündə bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayır.

Zəfər bizimlədir!
Qarabağ Azərbaycandır!

Q.YUSİFOĞLU
XQ

Избранный
17
6
xalqqazeti.az

7Источники