RU

Tayfun nəticəsində ölənlərin sayı artıb

Sakit okeandan Filippinə doğru irəliləyən “Kalmaegi” tayfununun səbəb olduğu güclü külək və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 204 nəfərə çatıb.

"Cebheinfo.az" Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tayfunun yaratdığı fəlakətlər və hadisələrlə bağlı açıqlama yayıb.

Açıqlamada “Kalmaegi” tayfunu səbəbilə ölənlərin sayının 204-ə yüksəldiyi bildirilib.

Hələ də 109 nəfərdən xəbər alınmadığı qeyd olunan açıqlamada, tayfundan təsirlənənlərin sayının 2,9 milyon nəfərə çatdığı vurğulanıb.

Filippin Prezidenti Ferdinand Markos 6 noyabrda fəlakətə müdaxilə üzrə səlahiyyətlilərlə keçirdiyi görüşdə tayfun səbəbilə “ölkə miqyasında fəlakət vəziyyəti” elan edildiyini açıqlamışdı.

Избранный
36
cebheinfo.az

1Источники