Bu qələbə bizə öyrətdi ki,
vətən sevgisi sözlə deyil, əməllə sübut olunur. Necə ki, biz bunun şahidi olduq... Bu torpaq üzərində yaşayan hər kəs onun üçün döyüşməyə hazır idi. Qadın-kişi, gənc-yaşlı - fərq etmədən xalqın bütün təbəqələri eyni amal uğrunda birləşmişdi.
Şuşanın azad olunması xəbəri yayılanda yalnız hərbi qələbəni deyil, həm də ruhi dirçəlişi yaşadıq. Qələbə sevinci ilə yanaşı, gözlərimizdə şəhid analarının göz yaşı vardı. Bu Zəfər onların göz yaşları bahasına yazıldı.
Azərbaycan Ordusu təkcə texnika ilə deyil, mənəvi gücü ilə döyüşdü. Bu gücün kökündə isə tarixi yaddaş, milli kimlik və torpağa bağlılıq dayanır.
Bu gün artıq Qarabağda həyat yenidən canlanır. Azad edilmiş torpaqlarda quruculuq, tikinti, bərpa işləri aparılır. Bu proses sadəcə şəhərlərin və kəndlərin bərpası deyil - xalqın ruhunun tamlanmasıdır.
Zəfər Günü bizə bir daha göstərdi ki,
ədalət gec də olsa bərpa olunur.
Torpağın yaddaşı var . Və o yaddaşdan heç nə silinmir.
Mətanət Ağamirli
Əməkdar jurnalist
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31