RU

ABŞ Macarıstanı sanksiyalardan müvəqqəti azad edib

ABŞ Rusiyanın neft və qazından istifadəyə görə Macarıstana tətbiq etdiyi sanksiyaları bir il müddətinə təxirə salıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Macarıstan həmçinin təxminən 600 milyon dollar məbləğində müqavilələr çərçivəsində ABŞ-dən mayeləşdirilmiş təbii qaz almağı öhdəsinə götürüb. Bu qərar ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Macarıstanın Baş naziri Viktor Orbanla görüşündən sonra qəbul edilib.

V.Orban sosial şəbəkələrdə yazıb ki, D.Tramp "Türk axını" və "Dostluq" boru kəmərləri vasitəsilə enerji daşıyıcıları alan ölkənin sanksiyalardan tam azad edilməsinə zəmanət verib.
 
 

Избранный
114
1
7news.az

2Источники