RU

Əlahiddə Ümumqoşun Orduda zabit təkmilləşdirmə kursunu bitirənlər yeni vəzifələrə təyin olunublar

Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.

Bu barədə "Cebhe.info"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.

"Cebhe.info"

Избранный
105
3
cebheinfo.az

2Источники