RU

İspaniya La Liqası: “Real” və “Barselona” avrokubokdakı uğursuzluqlarını unutdurmaq istəyir - İDMAN.BİZ-in TƏHLİLİ

İspaniyanın La Liqa turnir cədvəlinə hazırda Madrid “Real”ı başçılıq edir. Lakin hər hansı bir xal itkisi “Barselona”ya fərqi minimuma endirmək imkanı verə bilər.

İdman.Biz xəbər verir ki, bu həftəsonu İspaniya çempionatının 12-ci turunun oyunları baş tutacaq.

“Rayo Valyekano” – “Real"(Madrid) (9 noyabr)

Lider turnirin ən çətin səfərlərindən birinə yollanır. “Real” XI turdan sonra 30 xalla birincidir və top fərqi +16-dır. Lakin Çempionlar Liqasında “Liverpul”a 0:1 hesablı məğlubiyyətdən sonra komanda üzərindəki təzyiq artıb. Xüsusilə də paltardəyişmə otağından yayılan məlumatlar və ulduz futbolçular arasında mövqe gərginlikləri müzakirə olunur.

Heyətlə bağlı vəziyyət mürəkkəbdir: Aurelien Tçuameni dizaltı əzələsindəki zədə səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək. Həmçinin Dani Karvahal, Antonio Rüdiqer və Mastantuono da komandaya kömək edə bilməyəcək. David Alaba isə bərpa prosesinin son mərhələsindədir və “Valyekas” səfəri üçün iştirak ərizəsinə salına bilər.

Digər tərəfdən, “Rayo Valyekano” “Vilyarreal”dan alınan 0:4 hesablı məğlubiyyətdən sonra Konfrans Liqasında “Lex” üzərində 3:2 hesablı qələbə ilə emosional dönüş edib. İnyiqo Peresin komandası evdə aqressiv oynayır, cinahlarda sıx pressinq tətbiq edir və uzaq məsafədən çox zərbələr endirir.

“Selta” – “Barselona” (9 noyabr)

“Barselona” 25 xalla ikinci pillədə qərarlaşıb və “Real”dan beş xal geridədir. Hansi Flikin komandası çox qol vurur, lakin demək olar, hər oyunda qol buraxır. Bu məsələ Çempionlar Liqasında “Brügge” ilə 3:3 hesablı heç-heçədən sonra yenidən gündəmə gəlib. Flik açıq şəkildə bəyan edib ki, daha ehtiyatlı oyun tərzinə keçmək niyyətində deyil və komandadan yüksək pressinq və cəsarətli futbol tələb edir.

Kataloniyalıların heyət problemi davam edir. Qapıçı Ter Ştegen, Gavi, Pedri və Lamine Yamal zədə səbəbindən oyunu buraxacaq. Rafinhanın “Viqo”ya qədər bərpa olması çətin görünür, Erik Qarsiyanın isə burun sümüyünün qırılmasından sonra maska ilə oynaması gözlənilir. Hücumun əsas fiqurları - Robert Levandovski və Dani Olmo isə sıraya qayıdır. Müdafiədəki qeyri-sabitliklə bağlı müzakirələr fonunda klub prezidenti Joan Laporta Flikə etimadını təsdiqləyib. Buna görə də bu görüş təkcə komanda üçün yox, həm də layihənin gələcəyi üçün sınaq sayılır.

“Selta” turnir cədvəlinin aşağı hissəsində olsa da, evdə təhlükəli rəqib sayılır – yüksək tempdə oynayır və favoritlərin səhvlərini cəzalandıra bilir. Qalisiyalılar üçün bu oyunda qazanılacaq xal eniş zonasından uzaqlaşmaq imkanıdır, “Barselona” üçün isə “Real”ı fasilə ərəfəsində arxada buraxmamaq üçün mütləq qələbə lazımdır.

“Espanyol” – “Vilyarreal” (8 noyabr)

“Vilyarreal” “Rayo Valyekano” üzərində 4:0 hesablı qələbədən sonra turnir cədvəlinin ilk üçlüyündəki yerini möhkəmləndirib. Komanda La Liqanın ən balanslı kollektivlərindən biri təsiri bağışlayır - dəyişkən hücum xətti, sıx orta xətt və oyunun ritminə tam nəzarət.

“Espanyol” isə elitaya qayıtdıqdan sonra uğurlu çıxış edir və hazırda avrokubok zonasındadır. Komanda ev oyunlarında nadir hallarda məğlub olur və standart vəziyyətlərdən effektiv yararlanır. Bu matç kataloniyalılar üçün mövsümün startındakı uğurların təsadüfi olmadığını sübut etmək, “su altı qayıq” üçün isə “Real” - “Barselona” duetinin əsas izləyicisi kimi mövqeyini qorumaq şansı olacaq.

12-ci turun digər oyunları:

“Elçe” - “Real Sosyedad” (7 noyabr, 1:1)

“Jirona” - “Alaves” (8 noyabr)

“Sevilya” - “Osasuna” (8 noyabr)

“Atletiko” - “Levante” (8 noyabr)

“Atletik” - “Real Oviedo” (9 noyabr)

“Valensiya” - “Real Betis” (9 noyabr)

“Mayorka” - “Xetafe” (9 noyabr)

La Liqanın turnir cədvəli (12-ci tur öncəsi):

“Real Madrid” - 30 xal

“Barselona” - 25 xal

“Vilyarreal” - 23 xal

“Atletiko” - 22 xal

“Real Betis” - 19 xal

“Espanyol” - 18 xal

“Xetafe” - 17 xal

“Alaves” - 15 xal

“Elçe” - 15 xal

“Rayo Valyekano” - 14 xal

“Atletik” - 14 xal

“Selta” - 13 xal

“Sevilya” - 13 xal

“Real Sosyedad” - 13 xal

“Osasuna” - 11 xal

“Levante” - 9 xal

“Mayorka” - 9 xal

“Valensiya” - 9 xal

“Real Oviedo” - 8 xal

“Jirona” - 7 xal

Teymur Tuşiyev

İdman.Biz

Избранный
41
1
idman.biz

2Источники