“Mançester Siti”nin hücumçusu Erlinq Haland cari mövsümdəki çıxışı barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, norveçli futbolçu bildirib ki, hazırda karyerasının ən yaxşı formasını nümayiş etdirir:
“Düşünürəm ki, hazırda ən yaxşı oyunumdayam. Heç vaxt özümü indiki kimi yaxşı hiss etməmişdim. Mövsümün başlanğıcı möhtəşəm oldu, amma mənim üçün vacibdir ki, təzə qalıb ağılımı qoruyum. Ən önəmlisi — tonusu saxlamaq və balansı itirməməkdir”
Qeyd edək ki, 25 yaşlı futbolçu komanda üçün 14 oyunda 18 qol vurub.Erlinq Haland Premyer Liqanın bombardirlər siyahısında liderdir və 13 qolla ən yaxın izləyicilərindən 7 top fərqi ilə öndədir.