RU

ABŞ Suriya prezidentinə qarşı qətnamələri ləğv etdi

ABŞ Suriya Prezidenti Əhməd Şaraya qarşı sanksiyaları ləğv edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi də Şaraanın terror təşkilatının siyahısından çıxarıldığını açıqlayıb.

BMT Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən də dəstəklənən qətnamə, Şaraanın bazar ertəsi günü Ağ Evə rəsmi səfərindən əvvəl təsdiqlənib.

Qeyd edək ki, dünən BMT Təhlükəsizlik Şurası 14 "bəli" səslə Şara və Suriya Daxili İşlər Naziri Ənəs Xəttab əleyhinə ABŞ sanksiyalarının ləğvi ilə bağlı qətnaməni təsdiqləyib. Şura Suriyanın yeni bir dövrə qədəm qoyduğunu vurğulayan bəyanat yayıb.

Bu arada, Böyük Britaniyadan da oxşar qərar gəldi. Hökumət Böyük Britaniyanın Suriya prezidenti Şara və daxili işlər naziri Ənəs Xəttab əleyhinə sanksiyaları ləğv etdiyini açıqladı.

ABŞ-dən əvvəl Böyük Britaniya Suriya Prezidenti Şara və daxili işlər naziri Ənəs Xəttab əleyhinə sanksiyaları ləğv etdiyini açıqlamışdı.

Billurə

Избранный
49
1
olke.az

2Источники