Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) XIV Baş Assambleyası keçirilir.
Apasport.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev və MOK-un vitse-prezidenti Fərid Mansurov iştirak edir.
Əvvəlcə İSSA-nın 42-ci İcraiyyə Şurasının iclası olub. Daha sonra İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb.
İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSF-nin İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.
Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal
İdmançılarımız dünya çempionatında çıxış edəcəklər
Oskar Piastri: “Bakı mənim üçün xüsusi trekdir”
İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır
İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO