RU

Lənkəranda “Zəfər Günü” təntənəli şəkildə qeyd olundu - FOTOLAR

Xalqımızın və dövlətimizin tarixində şanlı və şərəfli gün olan  “8 Noyabr - Zəfər Günü” bütün ölkə ərazisində olduğu kimi Lənkəranda da təntənə ilə qeyd edilib. 

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, yerli icra hakimiyyəti başçısı aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları öncə Lənkərandan olan Milli Qəhrəmanların abidələrini, daha sonra Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət edib, şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra “Zəfər Günü” ilə bağlı silsilə tədbirlərin yekunu kimi “Şah” şadlıq sarayında yerli mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə  şəhid valideynləri və Vətən müharibəsi əlilləri üçün “Yaşa Vətən, çox yaşa, Yaraşır Zəfər sənə” adlı konsert proqramı və bayram süfrəsi təşkil olunub. 

Giriş nitqi ilə çıxış edən Taleh Qaraşov şəhid ailələrinin üzvlərini və yerli ictimaiyyətin nümayəndələrini “Zəfər Günü” münasibəti ilə təbrik edib, dövlətimizin günü-gündən daha da qüdrətləndiyini, xalqımızın hər zaman qələbəyə laiq olduğunu bildirib. İcra başçısı qazanılan qələbəyə görə şəhidlərimizə və Vətən müharibəsi əlillərimizə borclu olduğumuzu qeyd edib. Vətən müharibəsində lənkəranlı gənclərin xüsusi əzm və cəsarətlə döyüşdüyünü, düşmənin hücumlarının qarşısını mərdlik və qəhrəmanlıqla dəf etdiklərini vurğulayan icra başçısı Vətənin yalnız müəyyən sərhədlər daxilində coğrafi məkan olmadığını, onun xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaq olduğunu ifadə edib. “Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda şəhid olub əbədiyyətə qovuşanlar bu sevginin ən kamil formasını yaşayanlardır” deyən Taleh Qaraşov qeyd edib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması daha çox mənəvi məsələdir. Bildirilib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi daim cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

Şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri də qazanılan Zəfərə görə şəhidlərimizə, ordumuza minnətdar olduqlarını ifadə ediblər, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifafə ediblər.

Konsert proqramında yerli tanınmış müğənnilər və musiqi məktəblərin kollektivi çıxış ediblər.

Qeyd edək ki, “8 Noyabr- Zəfər Günü” ilə bağlı Lənkəranda silsilə tədbirlər, o cümlədən viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar keçirilib və teatr tamaşaları nümayiş etdirilib.

Избранный
21
50
unikal.az

10Источники