8-noyabr "Zəfər Günü" münasibətilə 06.11.2025-ci il tarixində Ağdam rayonu 68 nömrəli tam orta məktəbdə "Qələbə ilə yazılan tarix" adlı tədbir keçirildi.
"Unikal" xəbər verir ki, tədbirdə Ağdam Rayonu Təhsil Sektorunun müdiri TahirAbbasov, Ağdam Rayonu İcra Hakimiyyəti nümayəndəsi Farid Muradov,şəhid ailələri və qazilər,müəllimlər,şagirdlər,valideynlər iştirak etdilər.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış,Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Sədaqət Həsənova tədbir iştirakçılarını 8- noyabr "Zəfər Günü" münasibətilə təbrik etdi,bu şanslı Zəfərin qazanılmasında müdrik rəhbərliyi və dəmir iradəsi ilə bizə qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan,cənab İlham Əliyevə dərin minnətdarlıq ,Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə isə can sağlığı arzuladı.
Ağdam Təhsil Sektorunun Müdiri Tahir Abbasov çıxış edərək Zəfər Günümüzün tarixi və mənəvi əhəmiyyətindən ,təntənəsindən danışıb tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi.
Digər natiqlər də çıxış edərək xalqımızın qəhramanlığından ,ordumuzun şücaətindən və bu Zəfərin tariximizdəki əhəmiyyətindən söz açdılar.
Sonda şagirdlərin ifasında şeirlər söylənildi, səhnəciklər nümayiş olundu.rəqs nümunələri nümayiş etdirildi.