RU

Premyer Liqa: Derbilərin ən çox rast gəlinən hesabı 1:0-dır

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Peşəkar Futbol Liqası (PFL) indiyə qədər baş tutmuş Azərbaycan derbilərində qeydə alınmış hesablarla bağlı statistikanı açıqlayıb:

Bu komandaların duellərində texniki nəticə nəzərə alınmasa, 14 hesab variantı qeydə alınıb.

1:0 hesabı daha çox – 18 dəfə gerçəkləşib.

“Neftçi”nin meydanında 0:0 daha çox – 10 dəfə

“Qarabağ”ın meydanında 1:0 daha çox – 10 dəfə

“Neftçi”nin meydanında 13, “Qarabağ”ın meydanında 12 fərqli hesab qeydə alınıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
23
30
arena.az

10Источники