RU

Fizika İnstitutunda Beynəlxalq Avrasiya laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb - FOTOLAR

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının nümayəndə heyəti - professor Li Lie, professor Yingsan Geng, Raymond J. Vu, Lianzhi Liu qonaq olub. SİA xəbər verir ki, bu barədə İnstitutdan bildirilib ki, baş direktor akademik Arif Həşimov qonaqlara Fizika İnstitutunun fəaliyyəti haqqında məlumat verib.

Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının İcraiyyə Şurasının üzvü professor Li Lie akademiya haqqında məlumatı iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Fizika İnstitutu ilə Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyası arasında Beynəlxalq Avrasiya laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb.

Sənədi akademik Arif Həşimov və professor Li Lie imzalayıb.

Bu saziş çərçivəsində elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, kadr hazırlığı və təhsil proqramları, texnologiya transferi və innovasiya, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi, o cümlədən “Bir yol, bir kəmər” platformasında birgə laboratoriyanın yaradılması nəzərdə tutur.

Görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Professor Li Lie Core Qlobal Əməkdaşlıq Şəbəkəsinin Tərəfdaşı olması haqqında fəxri təmsilçi diplomunu Fizika İnstitutuna təqdim edib.

İmzalama mərasimindən sonra professor Rüstəm Rüstəmov, professor Li Lie, professor Yingsan Geng, professor Nəriman Rəhmanov, dosent Faiq Rzayev, professor Təranə Nurubəyli, professor Nahidə Musayeva və professor Mehti Camalov təqdimatla çıxış ediblər.

Sonda çinli qonaqlar institutun laboratoriyalarına gedərək aparılan tədqiqat işləri ilə tanış olublar.

Избранный
14
2
sia.az

3Источники