RU

Kəngərli rayonunda Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, onun müavinləri və aparatın əməkdaşları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhid ailələrinin üzvləri ilə səmimi görüşlər keçirilib, onlara bayram təbrikləri çatdırılıb və sovqatlar təqdim olunub. Ailələrin qayğı və müraciətləri dinlənilib, mövcud ehtiyaclarla bağlı müvafiq tapşırıqlar verilib.

Görüşlərdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Zəfər Gününün xalqımızın tarixində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib.

“Bu Zəfər xalq–iqtidar–ordu birliyinin, milli həmrəyliyin və Vətən sevgisinin təntənəsidir,” – deyə icra başçısı vurğulayıb. O, şəhidlərimizin göstərdiyi qəhrəmanlığın xalqımızın qürur mənbəyi olduğunu, onların adlarının Azərbaycan tarixində əbədi yaşadılacağını bildirib.

Şəhid ailələri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də yerli icra hakimiyyəti orqanına dərin minnətdarlıqlarını ifadə ediblər.

Ziyarət çərçivəsində həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş guşələrə baxış keçirilib, onların həyat və döyüş yolunu əks etdirən materiallarla tanış olunub və xatirə fotoları çəkilib.
 

Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Избранный
25
herbiand.az

1Источники