RU

Niderland XİN-in Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəhbəri Azərbaycana səfər edəcək

Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəhbəri Karolin Ramakers regional səfəri çərçivəsində 13–14 noyabr tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Niderland Krallığının Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, səfər zamanı o, ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi imkanlarını müzakirə etmək üçün dövlət rəsmiləri və biznes nümayəndələri ilə görüşlər keçirəcək, həmçinin ADA Universitetinin tələbə və müəllim heyəti ilə görüşəcək.

Избранный
38
4
apa.az

5Источники