Misli Premyer Liqasında “Zəfər turu” davam edir.
QOL.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılır.
Bu günə 11-ci turun daha iki matç nəzərdə tutulub.
Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkir. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edir. Hazırda “Araz-Naxçıvan” 16 xalla 6-cı pillədə qərarlaşıb. Elmar Baxşıyevin komandası son 3 turda qələbə qazana bilməyib. 5 xala malik “Karvan-Yevlax” isə turnir cədvəlində 11-cidir. Yevlax klubu son 4 turda xal üzünə həsrətdir.
Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə yüksələcək.
8 noyabr (şənbə)
15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 1:1 (İkinci hissə)
Qol: Araz Abdullayev, 17, Hamidu Keyta, 65
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:44. “Zirə” - “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu
9 noyabr (bazar)
15:44. “Kəpəz” - “Sabah”
18:44. “Qarabağ” - “Neftçi”
7 noyabr (cümə)
“Şamaxı” - “İmişli” - 1:0
“Qəbələ” - “Sumqayıt” - 0:2

Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Bassala Sambu ("Neftçi") - 4 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol