RU

“Qarabağ” – “Neftçi” matçı üçün bütün biletlər satıldı

Misli Premyer Liqasının Zəfər Turu (Xl) çərçivəsində “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu üçün satışa çıxarılmış bütün biletlər satılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 9 noyabr tarixində saat 18:44-də start götürəcək.

Qeyd edək ki, qapılar azarkeşlər üçün oyunun start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Избранный
19
7
idmanxeber.az

10Источники