RU

Lənkəranda Zəfər Günü təntənəli şəkildə qeyd olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Lənkəran, 8 noyabr, İlkin Adıyev, AZƏRTAC

8 Noyabr - Zəfər Günü bütün ölkə ərazisində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Lənkəran şəhərində anım və bayram mərasimləri keçirilib. İlk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi iştirakçıları şəhərdən olan Milli qəhrəmanların abidələrini, eləcə də Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin ruhuna ehtiram əlaməti olaraq gül dəstələri düzülüb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anaraq, onların göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını bildiriblər.

Sonra “Yaşa Vətən, çox yaşa, yaraşır Zəfər sənə” adlı konsert proqramı təqdim edilib.

Şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün bayram süfrəsi təşkil olunub.

Qeyd edək ki, Zəfər Günü münasibətilə Lənkəranda silsilə tədbirlər, o cümlədən viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar keçirilib və tamaşalar nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
azertag.az

3Источники