RU

Reper Mbappeni lağa qoydu, fransız ulduz ona sərt cavab verdi

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Fransız reper Orlesan son çıxardığı trekdə Madrid “Real”ının hücumçusu Kilİan Mbappeni ələ salıb. Lakin məsələ futbolçunun meydandakı bacarığı ilə bağlı deyil.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Belə ki, ötən il K. Mbappe Fransanın “Kan” klubunun sahibi olub. Ancaq onun rəhbərliyi altında komanda 41 ildən sonra ilk dəfə üçüncü diviziona düşüb. Komandanın azarkeşi olan Orlesan bu faktı yeni mahnısında istehza ilə dilə gətirib.

O, Mbappenin klubu şəhər kimi batırdığını(şəhər digərləri ilə müqayisədə çox kasıbdır – red.) iddia edib.

Fransız forvard isə bu sözlərə tez reaksiya verib:

“Bu oğlan bizdən 1 faiz pay istəyirdi, özü də pulsuz, çünki cibində beş qəpik də yox idi. Amma hələ də Normandiyadan olan sadə oğlan obrazını qorumağa çalışır”, – deyə Mbappe “X” hesabında yazıb.Məlumat üçün əlavə edək ki, 2024-cü ildə “Real”ın futbolçusu Kilian Mbappeyə məxsus şirkət Fransanın "Kan" futbol klubununun səhmlərinin böyük hissəsini alıb. Əlavə edək ki, fransalı futbolçu uşaqlıqda Kan Akademiyasında oynayıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
icma.az

2Источники