RU

Xankəndidə Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir

Xankəndi şəhərində "8 Noyabr" Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.

Tədbir zamanı səslənən musiqilər, Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar yaşadıb.

Избранный
11
5
missiya.az

7Источники