RU

Azərbaycanlı atıcıdan yeni dünya rekordu

Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

Far.Az-in məlumatına görə, 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayan milli komandanın üzvü bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

Избранный
12
22
far.az

10Источники