RU

Anton Krivotsyuk liderlə matçda 90 dəqiqə oynadı - ARENA.AZ

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki üçüncü oyununda lider “Jeonbuk”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası yekunda məğlubiyyətə üzülüb – 1:3.

Anton bu görüşdə 90 dəqiqə meydanda olub.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 36 oyuna topladığı 61 xalla 12 iştirakçı arasında ikinci yerdə qərarlaşıb. Krivotsyukun komandası 35 oyuna 17 qələbə qazanıb, 10 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 28-də iştirak edib, 2 qola imza atıb.

“Jeonbuk” isə 75 xalla vahid liderdir və demək olar ki, çempionluğu təmin edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 90 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 43 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
32
37
arena.az

10Источники