RU

Azərbaycan derbisinə doğru - tamaşaçılar

Sabah Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ" - "Neftçi" matçı baş tutacaq.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən Azərbaycan derbilərinin tamaşaçı statistikasını təqdim edir:

Əvvəlki 99 derbidən 4-ü tamaşaçısız keçirilib. Belə ki, 2020/21 mövsümündə koronavirus pandemiyası üzündən bütün görüşlər boş tribunalar önündə baş tutub.

Tamaşaçısız və nəticəsi ləğv olan matç istisna 94 qarşılaşmada 303 min 592 seyrçi olub. Orta hesabla 3230 tamaşaçı.

“Neftçi”nin 45 ev oyununda 157 min 824 tamaşaçı. Orta hesabla 3507 izləyici.

“Qarabağ”ın 47 ev oyununda 145 min 068 tamaşaçı. Orta hesabla 3087 seyrçi.

Neytral meydandakı iki görüşdə 700 izləyici. Orta hesabla 350 tamaşaçı.

Derbidəki tamaşaçı rekordu – 15000. 13.03.2004. “Qarabağ Azersun” – “Neftçi” – 1:3.

“Neftçi”nin meydanındakı derbilərdə tamaşaçı rekordu – 9355. 16.02.2025. “Neftçi” – “Qarabağ” – 0:1

Ən az tamaşaçı – 300. 15.05.2010. “Neftçi” – “Qarabağ” – 0:0, 04.05.1996. “Qarabağ” – “Neftçi” – 1:2 (neytral meydança)

“Qarabağ”ın evində ən az tamaşaçı – 500. 22.11.1997. “Qarabağ” – “Neftçi” – 1:0, 17.03.2002. “Qarabağ Azersun” – “Neftçi” – 1:0

saytlarin hazirlanmasi

Избранный
44
sportal.az

1Источники