RU

“Zəfər Turu”: “Zirə” azlıqda qalan “Turan Tovuz”la heç-heçə etdi

BAKI, 8 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının “Zəfər Turu”nun növbəti oyununda “Zirə” və “Turan-Tovuz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə hesab açılmayıb - 0:0.

Matçın baş hakimi Əliyar Ağayev 60-cı dəqiqədə Tovuz təmsilçisinin yarımmüdafiəçisi Roberto Olabeyə ikinci sarıdan qırmızı vərəqə göstərərək meydandan qovub.

Bununla da xallarının sayını 20-yə çatdıran Rəşad Sadıqovun komandası 2-ci sıraya yüksəlib. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 22 xalla turnir cədvəlinin lideridir.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Избранный
93
teleqraf.com

1Источники