Azərbaycan derbisi tarixində ilk oyunun baş hakimi Rüstəm Rəhimov olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, o, ilk mövsümün hər iki matçını idarə edib. Əvvəlki çempionat derbilərini 30 hakim idarə edib. Əliyar Ağayev hamıdan çox – 13 derbidə fit çalıb.
Fariz Yusifovla Xaqani Məmmədov hərəyə 9 belə matç keçirib.
Derbilərdə iki ata-oğul baş hakim olub. Gülağa Cabarovla Rauf Cabarov (hərəsi 2), Rövşən Əhmədovla Rəşad Əhmədov (müvafiq olaraq 8 və 3).