RU

Zəfər Günü münasibətilə Ağdam şəhərində bayram konserti və atəşfəşanlıq olub

8 Noyabr - Zəfər Günü münasibətilə Ağdam şəhərindəki Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ifa edilib.

Konsertdən sonra Ağdam şəhərində atəşfəşanlıq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
3
olaylar.az

4Источники