RU

Türkiyədə 17 hakim və 1 klub prezidenti həbs olundu!

Türkiyə futbolunda oyunlara pul qoyuluşu edilməsi ilə bağlı qalmaqalda yeni diqqətçəkən olaylar yaşanıb.

Məlum olduğu kimi, Türkiyə Futbol Federasiyası tərəfindən mərc oynamaqda günahlandırılan 152 hakimin adı açıqlanmış, onlardan 149-u Nizam-İntizam Komitəsi tərəfindən 8-10-12 aylığa futboldan kənarlaşdırılmışdı.

Bu arada İstanbulun Baş Prokurorluğü tərəfindən bu məsələ ilə bağlı aparılan araşdırma əsasında 17 hakim və 1 superliqa klubunun prezidenti olmaqla 21 nəfər barəsində həbs qərarı verilib! Bu 17 hakimin aktiv mərc hesabları olduğu müəyyənləşib. Onlar ''vəzifədən yanlış istifadə etmək'' və ''oyunların nəticələrinə təsir göstərmək'' maddələri ilə günahlandırılaraq saxlanılıblar. Klub prezidentinə gəlincə, söhbət ''Eyüpspor''un başqanı Murat Özkayadan gedir. O, eləcə də ''Kasımpaşa''nın sabiq başqalarından olan Mehmet Fatih Saraç və Turqay Ciner həbs olunub. Ancaq Mehmet Fatih Saraçın ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı məlum olub. 21 nəfərdən 2-nın xaricdə olduğu, 1-nin isə qeyd olunan ünvanda olmadığı bildirilib.

Onların həbsi ilə bağlı əməliyyat davam edir. 18 nəfər isə artıq həbs olunub.

Избранный
46
football-plus.az

1Источники