RU

Braziliyanın Parana ştatında tornado altı nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Braziliyanın cənubundakı Parana ştatında baş verən tornadonəticəsində altı nəfər ölüb.

Trend-inməlumatına görə, bu barədə "Reuters" agentliyi ştat hökumətinəistinadən xəbər yayıb. Ən böyük dağıntılar cümə günü fırtınanıntəsirinə məruz qalan Riu-Bonitu-du-İquasu şəhərində qeydə alınıb.Ştatın Mülki Müdafiə Xidmətinin məlumatına görə, şəhərin yarıdançoxunun dam örtüyü uçub və binalara ciddi ziyan dəyib.

Hadisə nəticəsində yollar bağlanıb, elektrik xətləri zədələnib.Hakimiyyət orqanları 437 nəfərin yaralandığını və təxminən 1 000sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.Fəlakət qonşu Quarapuava şəhərinə də ziyan vurub.

Избранный
55
az.trend.az

1Источники