RU

Dağıstanda 5 nəfərin həyatını itirdiyi HELİKOPTER QƏZASI

Ajans.az xəbər verir ki, bununla bağlı "Baza" "Telegram" kanalı məlumat yayıb. Kamera pilotun bir neçə dəfə sərt eniş etməyə çalışdığını qeydə alıb. Torpağa ilk zərbədən sonra helikopterin gövdəsinin quyruq hissəsi qopub, daha sonra o suya çırpılıb, lakin yenidən qalxaraq uçmağa davam edib. Xatırladaq ki, Kizlyardan İzberbaşa gedən turistik helikopter noyabrın 7-də qəzaya uğrayıb. Məlumata görə, o istirahət mərkəzinin ərazisində yerləşən yaşayış olmayan bir evə düşüb və alovlanıb. Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın əsas səbəbi kimi helikopterin mühərrikinin alışması nəzərdən keçirilir. Helikopterin göyərtəsində yeddi nəfər olub. Onlardan beşini xilas etmək mümkün olmayıb.

Избранный
38
Ajans.az

1Источники