RU

Bakıda Zəfər Günü ilə bağlı konsert və atəşfəşanlıq keçirilib YENİLƏNİB

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Bakıda 8 Noyabr – Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da böyük coşqu hissi ilə qeyd olunub.

Qeyd edək ki, Zəfər Günü münasibətilə həmçinin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Konsertin sonunda atəşfəşanlıq olub.

20:56

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.

Tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə, qürur hissi ilə qeyd olunur.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
22
cebheinfo.az

10Источники