RU

Slovakiya Aİ-nin Rusiya aktivlərindən Ukraynaya üçün istifadə ideyasını dəstəkləməyəcək

Slovakiya Avropa İttifaqının Rusiya aktivlərindən Ukraynanın hərbi və bərpa xərclərinin ödənilməsi məqsədilə istifadə ideyasını dəstəkləməyəcək.

APA "Pravda" nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.

Məlum olduğu kimi, bu təşəbbüs Avropa Komissiyası tərəfindən irəli sürülüb və ABŞ tərəfindən tam şəkildə dəstəklənir. Məsələ dekabr ayında müzakirə olunacaq.

Fitso isə bildirib ki, o, “ təxminən 140 milyard avro məbləğində dondurulmuş Rusiya aktivlərindən Ukraynanın bərpasına yönəldilməsi ideyasını dəstəkləməyəcək”.

Избранный
85
apa.az

1Источники