RU

Okan Buruk Qurban Qurbanovdan danışdı: “Onun qazandığı uğurlar mənə sürpriz gəlmir” - VİDEO

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, məşhur şərhçi, bir neçə gün öncə Bakıya gəlib Ağdam təmsilçisinin Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdiyi matçı şərh edən Ertem Şenerə müsahibəsində Q.Qurbanovdan söz açıb:

“Biz 3 il öncə “Qarabağ”la Bakıda hazırlıq oyunu keçirdik. Orada Qurban Qurbanovu və komandasını tanımaq fürsətim oldu.

Bu uğurların heç biri şans deyil. Qurban Qurbanovun komandasına qarşı oynayanda onun necə məşqçi olduğunu görmüşdüm. Onun Avropada qazandığı uğurlar mənə sürpriz kimi gəlmir”.

Müsahibədən sonra Ertem Şener Okan Buruka “Qarabağ” forması hədiyyə eliyib.

Избранный
65
sportinfo.az

1Источники